Cəmiyyət

ADSEA güclü yağışla əlaqədar görülən işləri açıqladı

17 May 2026, 12:23 2 baxış
ADSEA güclü yağışla əlaqədar görülən işləri açıqladı

İntensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının kənarlaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.


“ADSEA və Xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal idarələrinin əməkdaşkaları müxtəlif ərazilər üzrə yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirlər.


Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov, Zığ qəsəbəsi İ.Suleymanov küçəsində kanalizasiya xətləri təmizlənir, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev, Yaşar Əliyev, Səbail rayonu, Neftçilər prosoekti ilə Bülbül küçəsinin kəsişməsi, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 3N-li nasosstansiya, Bağırov körpüsü və digər ərazilərdə toplanan yağış suları kənarlaşdırılır.


İşlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər