Cəmiyyət

WUF14 bu şəhərdə keçiriləcək

17 May 2026, 12:40 2 baxış
WUF14 bu şəhərdə keçiriləcək

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək.


Axar.az xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib.


"Mexiko şəhəri qədim tarixi irsə malikdir. Bu mənada insanlarımız məhz bu mövzu üçün faydalı fikir mənbəyidirlər", - o bildirib.


Mer BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 100-dən çox ölkədən gələn nümayəndələrin bəşəriyyətin gələcəyi üçün ən prinsipial bir mövzunu müzakirə etdiklərini vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər