Cəmiyyət

Dünyada mənzil böhranı dərinləşir: WUF13-də kritik çağırış

17 May 2026, 10:16 3 baxış
Dünyada mənzil böhranı dərinləşir: WUF13-də kritik çağırış
"WUF13-də məqsədimiz problemlərə bütün səviyyələrdə siyasi və praktik həll yolları formalaşdırmaqdır". Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib. O bildirib ki, dünyanın hər yerində insanların üzləşdiyi böhranlara cavab verməyi qarşılarına məqsəd qoyublar: "Gecəqondularda yaşayanlar, ev almağa və ya kirayələməyə maddi imkanı olmayan şəxslər, həmçinin küçələrdə yaşayan insanlar bu böhranın əsas təsirinə məruz qalırlar. WUF13-dən böhranı aradan qaldırmaq üçün böyük əməkdaşlıq platformasının yaranmasını gözləyirik. Çünki bizə hər kəs lazımdır və özəl sektor, vətəndaş cəmiyyəti bizə yardım etməlidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər