Siyasət

"Haber Global": Qlobal səhnədə yüksələn geosiyasi güc -  Türk Dövlətləri Təşkilatı - VİDEO

14 May 2026, 12:29 1 baxış
"Haber Global": Qlobal səhnədə yüksələn geosiyasi güc -  Türk Dövlətləri Təşkilatı - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) rolu ilə bağlı xüsusi reportaj hazırlayıb. Oxu.Az xəbər verir ki, materialda Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatla bağlı fikirlərinə yer verilib.
"Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylər göstərilməsi çox önəmlidir", - deyə telekanal süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin sitatına xüsusi önəm verib. Süjetdə ilk tədbirin Şuşada baş tutması da xüsusi qeyd edilib. "Görüşün işğaldan azad olunmuş Şuşada keçirilməsi TDT ölkələrinin həmrəyliyinin simvolu oldu", - deyə materialda bildirilib. Bundan başqa süjetdə ötən ilin Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün keçirilməsinin əhəmiyyəti də vurğulanıb. Qeyd edək ki, mayın 15-də Qazaxıstanda TDT-nin Dövlət Başçıları Şurasının "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər