Siyasət

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadədən İLK AÇIQLAMA - ÖZƏL

14 May 2026, 12:30 2 baxış
Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadədən İLK AÇIQLAMA - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub. Ağakərim Səmədzadə yeni təyinatına dair təəssüratını Oxu.Az-la bölüşüb: "İlk olaraq Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu etimada görə ona minnətdarlığımı bildirirəm. Müxtəlif planlar nəzərdə tutulur. Onların daha təkmil və sürətli reallaşması üçün bir çox işlər həyata keçirəcəyik. Həmçinin COP29 zamanı Azərbaycan müxtəlif öhdəliklər götürüb ki, onları da davam etdirməyi planlaşdırırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər