Siyasət
Yaponiya imperatoru azərbaycanlı diplomatı qəbul edib - FOTO
Azərbaycanın Yaponiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov etimadnaməsini İmperator Naruhitoya təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib. "Bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən mənə həvalə olunan mühüm missiya çərçivəsində ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri qismində etimadnaməmi əlahəzrət İmperatora təqdim etdim", - paylaşımda qeyd olunub.
Mənbə
oxu.az