Cəmiyyət

“Kalyon”un filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı

13 May 2026, 16:11 1 baxış
“Kalyon”un filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı

"Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkətinin Azərbaycandakı filialı cərimə olunub.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi xidməti tərəfindən şirkətin barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması - bu məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə inzibati protokol yazılıb.


Sənəddən görünür ki, “Kalyon RSV İnşaat Adi Ortaklığı Ticari Işletmesi” Şirkətinin Azərbaycandakı filialında maşın operatoru vəzifəsində çalışan Türkiyə vətəndaşı Bozkurt Kenan 2025-ci ildə bədbəxt hadisə zamanı xəsarət alıb.


Buna görə də şirkətin Azərbaycandakı filialının rəhbəri Suleyman Ceritin inzibati xəta törətməsi sübuta yetirilib.


Nəsimi Rayon Məhkəməsinin q ərarı ilə Suleyman Cerit İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.


Qeyd edək ki, "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkətinin əsas ofisi Türkiyədə yerləşir. Şirkət əsasən tikinti işləri ilə məşğuldur. Sözügedən şirkət Türkiyənin aparıcı şirkətlərindən olan “Kalyon Holdinq”ə bağlıdır. “Kalyon Holdinq” Türkiyədə böyük layihələrin icraçısı kimi tanınır.

Mənbə axar.az

Oxşar Xəbərlər