Cəmiyyət

Bakıdan Qəbələ və Ağstafaya əlavə reyslər təyin edildi

13 May 2026, 16:17 1 baxış
Bakıdan Qəbələ və Ağstafaya əlavə reyslər təyin edildi

Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin edib.


Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.


Bildirilib ki, biletləri ADY-nin saytında, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

Bakıdan Qəbələ və Ağstafaya əlavə reyslər təyin edildi
Mənbə axar.az

Oxşar Xəbərlər