Cəmiyyət

Bakıda WUF13 çərçivəsində dörd fərqli tədbir ilk dəfə keçiriləcək - FOTO

13 May 2026, 15:36 1 baxış
Bakıda WUF13 çərçivəsində dörd fərqli tədbir ilk dəfə keçiriləcək - FOTO
"Bakıda WUF13 çərçivəsində dörd fərqli tədbir ilk dəfə təşkil ediləcək". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.
Onun sözlərinə görə, bunlardan birincisi prezidentlərin Zirvə görüşüdür: "Bu tədbirdə ölkə başçıları bir araya gələcəklər, görüşdə şəhərsalma ilə bağlı mühüm məsələlər müzakirə olunacaq. Digəri yeni şəhər gündəliyi ilə bağlıdır. Bunlardan başqa, iki tədbir isə şəhərsalma prosesində texnologiyadan istifadəyə həsr olunacaq". E.Hüseynzadə qeyd edib ki, göstərilən səbəblərə görə WUF13 ötən illərdə baş tutan WUF-lardan fərqlənir. Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər