Siyasət
Slovakiya parlamentinin sədri Qarabağa gedəcək
"Slovakiya parlamentinin sədri Raşi Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza da gedəcək. Bu, artıq Raşinin Qarabağa ikinci səfəri olacaq". Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə keçirdiyi birgə mətbuat konfransında deyib. "Digər tərəfdən, Slovakiya parlamentinin nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək. Bilirsiniz ki, bu kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir. Biz Qarabağın yenidən qurulmasında Slovakiyanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Bu kənd işğaldan azad olunmuş torpaqlarda Azərbaycan-Slovakiya dostluğunun bir nümunəsi olacaq", - deyə spiker vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər