Siyasət

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

13 May 2026, 13:40 2 baxış
Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Slovokiya parlamentləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə keçirdiyi birgə mətbuat konfransında danışıb. Spiker vurğulayıb ki, bu sənəd əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxaracaq: "Sənəd dostluq qruplarının, müvafiq komitələrin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin, parlament aparatlarının əməkdaşlığı ilə bağlı bir sıra mühüm istiqamətləri əhatə edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər