Cəmiyyət

Dinar Qəhrəmanova direktor TƏYİN EDİLDİ

13 May 2026, 13:50 1 baxış
Dinar Qəhrəmanova direktor TƏYİN EDİLDİ
Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Dinar İlqar qızı Qəhrəmanova təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. D.Qəhrəmanova 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetində internaturanı tamamlayaraq, 2023-cü ildə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sertifikasiya imtahanından keçib. 2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsində həkim, 2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. D.Qəhrəmanova ÜST-nin yerli və beynəlxalq seminar və təlimlərində iştirak edib. O, həmçinin Qətər, İspaniya və Sloveniyada keçirilən beynəlxalq konqres və seminarlarda iştirakçı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər