Cəmiyyət
Onlara yüksək vəzifə verildi
Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin olunub.
Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib.
O, 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri olub.
Həmçinin Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə isə Dinar Qəhrəmanova təyin edilib.
Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin olunub.
Mənbə
axar.az