Siyasət
Kılıç və Qrono sülh prosesini müzakirə etdi
Türkiyə Prezidentinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Baş müşaviri Akif Çağatay Kılıç Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Kılıç X platformasında paylaşım edib.
"Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi layihələri, regional sabitlik, təhlükəsizlik məsələləri və AB-nin regiona yanaşması müzakirə olunub. Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş birgə səylərin vacibliyini vurğuladıq", - deyə Kılıç bildirib.
Mənbə
axar.az
Oxşar Xəbərlər