Siyasət
Britaniya səfiri Azərbaycan dilində vida etdi: "Mən "qonaqpərvərlik" sözünü seçdim" - VİDEO
"Mənə göstərdiyiniz səmimiyyətə və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Bu yaxınlarda məndən Azərbaycanı bir sözlə ifadə etməyi xahiş etdilər. Mən "qonaqpərvərlik" sözünü seçdim". Oxu.Az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən vida mərasimində deyib.
Səfir mərasimdə Azərbaycan dilində çıxış edərək hər kəsin rəğbətini qazanıb. O, iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmlənməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkəmizi yalnız bir diplomat kimi deyil, həm də Azərbaycanın böyük bir dostu kimi tərk edir. F.Auld çıxışının sonunda Azərbaycan dövlətinə və xalqına göstərilən dəstəyə görə dərin təşəkkürünü bildirərək, gələcək fəaliyyətində də bu dostluq bağlarını uca tutacağını vurğulayıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər