Siyasət

Naxçıvan Ali Məclisinin daxili nizamnaməsinə dəyişikliklər təklif olunur

12 May 2026, 18:20 1 baxış
Naxçıvan Ali Məclisinin daxili nizamnaməsinə dəyişikliklər təklif olunur
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilir. Oxu.Az-ın məlumatına görə, dəyişiklik təklifinə əsasən, Ali Məclis 31 deputatın tələbi ilə Naxçıvan MR Ali Məclisi tərəfindən və ya Naxçıvan MR Konstitusiyasının 24-cü və 25-ci maddələrində, 26-cı maddəsinin II-V hissələrində və 27-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq. Həmçinin Ali Məclisin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Ali Məclisin 16 deputatının tələbi əsasında çağırılması təklif olunur. Layihəyə əsasən, Ali Məclisə seçkidən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Ali Məclisin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək. Bundan başqa, Naxçıvan MR Ali Məhkəməsi Ali Məclisin 31-ci deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Ali Məclisin ilk iclasının keçirilməsi vaxtını da təyin etməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər