Siyasət
Anaklaudia Rossbax İlham Əliyevə təşəkkür etdi - FOTO
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Oxu.Az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İcraçı direktor Azərbaycan liderinə Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıqları yaxından izlədiyinə görə minnətdarlıq ifadə edib. O qeyd edib ki, gələn həftə Azərbaycanda keçiriləcək forum şəhərlərin gələcəyi, mənzil təminatı və dayanıqlı şəhər inkişafı mövzularına qlobal diqqətin yönəlməsində mühüm rol oynayacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər