İdman

"Real Madrid"də Mbappe böhranı dərinləşir

12 May 2026, 06:39 1 baxış
"Real Madrid"də Mbappe böhranı dərinləşir
"Real Madrid" klubunun hücumçusu Kilian Mbappe cari mövsümdə komandanın qalan ev oyunlarında iştirak etməyi planlaşdırmır. Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, futbolçu mövsümün sonuna qədər "Santyaqo Bernabeu" stadionunda keçiriləcək qarşılaşmalarda meydana çıxmaqdan ehtiyat edir. Buna səbəb isə azarkeşlərin ona qarşı dəfələrlə fit səsləri ilə müşayiət olunan mənfi reaksiyasıdır. Forvard La Liqanın 35-ci turunda Barselona ilə keçirilən və 0:2 hesabı ilə başa çatan oyunu buraxıb. Görüş "Spotify Camp Nou" stadionunda keçirilib. Əvvəlcə bildirilirdi ki, fransalı futbolçu aprelin 24-dən etibarən zədə səbəbindən oynamır və "Barselona" ilə matçdan əvvəlki məşqə beş dəqiqə qalmış narahatlıq hiss edib. Lakin başqa bir versiyaya görə, Mbappe ehtiyatda qalacağını öyrəndikdən sonra məşqi tərk edib. Hazırda klub hücumçunun zədədən sonra nə vaxt sıraya qayıdacağı ilə bağlı dəqiq məlumata malik deyil. Mövsümün sonuna qədər Real Madridı "Oviedo" (14 may, evdə), "Sevilla" (17 may, səfərdə) və "Athletic Bilbao" (23 may, evdə) ilə oyunlar gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər