İdman

Almaniya klubu azərbaycanlı futbolçuya rəsmi təklif göndərdi - Detallar məlum oldu

12 May 2026, 01:00 1 baxış
Almaniya klubu azərbaycanlı futbolçuya rəsmi təklif göndərdi - Detallar məlum oldu
Azərbaycan millisinin və "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Avropadan növbəti transfer təklifini alıb. Futbolçuya bu dəfə Almaniyadan dəvət gəlib. Oxu.Az sportinfo.az-a istinadən xəbər verir ki, Hüseynovla təmas quran klub II Bundesliqada mübarizə aparan "Darmştadt"dır. Almaniya təmsilçisi həmyerlimizlə "2+1" illik müqavilə imzalamaq niyyətindədir. Dörd ildir "Turan Tovuz"un formasını geyinən Ayxan yeni qiymətini də müəyyənləşdirib. O, xidmətində maraqlı olan klublardan aylıq təxminən 30 min manat civarında əməkhaqqı tələb edir. Məhz bu maliyyə şərtlərinə görə, 32 ildən sonra avrokuboklara qayıdan "Turan Tovuz" futbolçunun xidmətindən yararlana bilməyəcək. Ayxan Abbasovun vaxtilə milliyə ilk dəfə dəvət etdiyi yarımmüdafiəçi ilə klub arasında aparılan danışıqlar uğursuz yekunlaşıb. Ayxan Hüseynovun karyerasını böyük ehtimalla Almaniyada davam etdirəcəyi gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər