İdman
Azərbaycan idmançıları "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar
Türkiyədə keçirilən beynəlxalq turnirdə MMA döyüşçülərimiz Braziliya təmsilçilərinə qarşı keçirdikləri bütün görüşlərdə parlaq qələbələr qazanıblar. Bursa şəhərində baş tutan "Khan Fight 6" turnirindən idmançılarımızın nəticələrini təqdim edir: - Nihad Quliyev (70 kq): Braziliyalı rəqibi ilə qarşılaşan təmsilçimiz döyüşü uzatmayıb. O, elə ilk raundda vaxtından əvvəl qələbə qazanaraq turnirə inamlı start verib. - Nərmin Əliyeva (52 kq): İdmançımız rəqibi Rak Fiqeyredonun çəki ölçmə mərasimindəki probleminə (2 kq artıq çəki) baxmayaraq, döyüşə razılıq verib. Cəsarətli addımı ilə diqqət çəkən Nərmin rəqibini ilk raundda boğucu fəndlə təslim edib. - Vilayət Zeynalov (66 kq): Təcrübəli braziliyalı Qilmar Moreyra ilə gərgin mübarizə aparan Vilayət üç raundun yekununda hakimlərin yekdil qərarı ilə qalib elan olunub. Göstərdiyi əzmkar performansa görə idmançımız turnirin xüsusi "Fight of the Night" (Gecənin ən yaxşı döyüşü) mükafatına layiq görülüb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az