İdman
"Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb
Misli Premyer Liqasında XXXII turun oyun cədvəli müəyyənləşib. Oxu.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, oyunlara mayın 15-də Yevlax şəhər stadionunda start veriləcək. Turun mərkəzi qarşılaşması isə mayın 17-də, "Sabah" və "Neftçi" komandaları arasında baş tutacaq. Misli Premyer Liqası XXXII tur, III dövrə 15 may 17:00. "Karvan Yevlax" - "Qəbələ" Yevlax şəhər stadionu 19:30. "Araz-Naxçıvan" - "Kəpəz" "SOCAR Polymer Arena" 16 may 17:00. "Şamaxı" - "Turan Tovuz" Şamaxı şəhər stadionu 17:00. "Qarabağ" - "İmişli" Tofiq Bəhramov adına Respublika Stadionu 17 may 18:00. "Zirə" - "Sumqayıt" Zirə İdman Kompleksinin stadionu 18:00. "Sabah" - "Neftçi" "Bank Respublika Arena"
Mənbə
oxu.az