İdman
Millimiz UEFA turnirində sonuncu oyununa çıxır - FOTO
16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu - üçüncü oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək. Binə stadionunda baş tutacaq matç saat 12-də start götürəcək. Xatırladaq ki, millimiz əvvəlki qarşılaşmalarda Litva (1:4) və Rumıniyaya (1:7) məğlub olub.
Mənbə
oxu.az