İdman

"Barselona" İspaniya çempionu oldu

11 May 2026, 01:32 1 baxış
"Barselona" İspaniya çempionu oldu

İspaniya La Liqasında XXXV turun oyunları davam edir.


Axar.az xəbər verir ki, mövsümün son “El Klasiko”su baş tutub.


“Barselona” öz meydanında “Real Madrid”i qəbul edib. Markus Reşford və Ferran Torresin vurduğu qollar sayəsində ev sahibləri rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.


Kataloniya təmsilçisi bu nəticə ilə cari mövsümdə çempionluğunu rəsmiləşdirib. Klub ən yaxın izləyicisi olan “kral klubu”nu 14 xal qabaqlayır.

Mənbə axar.az

Oxşar Xəbərlər