İdman
"Arsenal" "Vest Hem"i məğlub etdi - VİDEO
İngiltərə Premyer Liqasının 36-cı turunda "Arsenal" səfərdə "Vest Hem" üzərində minimal hesablı qələbə qazanıb. Oxu.Az xəbər verir ki, London derbisi "Arsenal"ın 0:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu 83-cü dəqiqədə Leandro Trossard vurub.
' "Vest Hem"in futbolçusu Kallum Uilson 90+5-ci dəqiqədə hesabı bərabərləşdirsə də, VAR yoxlamasından sonra qol qeydə alınmayıb. Bu nəticədən sonra "Arsenal" 79 xalla turnir cədvəlinin lideridir. Ehtiyatda bir oyunu olan "Mançester Siti" isə 74 xalla ikinci pillədə qərarlaşıb. "Vest Hem" 36 xalla 18-ci sırada qalıb.

Mənbə
oxu.az