Siyasət

Səfir: "Azərbaycanın Pakistanla çiyin-çiyinə dayanması qürurverici addımdır" - FOTO

10 May 2026, 13:16 1 baxış
Səfir: "Azərbaycanın Pakistanla çiyin-çiyinə dayanması qürurverici addımdır" - FOTO
Bu gün Pakistanın Azərbaycandakı səfirliyində "Haqq Savaşı"nın (Marka-e-Haq) bir illiyinə həsr olunmuş tədbir keçirilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkəsinin suverenliyi uğrunda apardığı mübarizədən və Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyindən danışıb. Səfir çıxışında vurğulayıb ki, Pakistan ordusu Hindistanın hücumlarına qarşı qətiyyətli cavab verib və hərbi uğur qazanıb: "Hindistanın hücumlarına qarşı mübarizədə Azərbaycanın Pakistanla çiyin-çiyinə dayanması qürurverici bir addımdır. Cənubi Asiyada davamlı sülh üçün Cammu və Kəşmir məsələsi BMT qətnamələri çərçivəsində ədalətli həllini tapmalıdır. Pakistan hər zaman sülh tərəfdarıdır, lakin öz ləyaqəti və ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyəcək". Diplomat Pakistan hökuməti və xalqı adından Azərbaycanın prinsipial mənəvi və diplomatik dəstəyini yüksək qiymətləndirdiklərini bildirib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər