Siyasət

Birol Akgün: "Bir millət, iki dövlət" anlayışı Türkiyə-Azərbaycan münasibətlərinin əsas şüarı olaraq qalmaqdadır"

10 May 2026, 13:00 1 baxış
Birol Akgün: "Bir millət, iki dövlət" anlayışı Türkiyə-Azərbaycan münasibətlərinin əsas şüarı olaraq qalmaqdadır"
"Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Türkiyə səfirliyi olaraq bütün əməkdaşlarımız və aidiyyəti qurumlarımızla birlikdə Heydər Əliyevin məzarını ziyarət etdik, məzarın üzərinə gül dəstələri qoyduq. Biz onun Azərbaycan milli dövlətinin formalaşmasında, 1990-cı illərin çətin günlərində bu ölkənin, bu xalqın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində göstərdiyi böyük səyi və mübarizəni hər zaman ehtiramla yad edirik". Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib. O bildirib ki, təkcə bu ölkənin müstəqilliyi deyil, həm də iqtisadi inkişafı, tərəqqisi və bugünkü müasir, inkişaf etmiş Azərbaycanın qurulması baxımından onun ideyaları hər zaman yolgöstərən olub: "Bizim üçün Türkiyə-Azərbaycan münasibətlərində "bir millət, iki dövlət" anlayışı bu gün mükəmməl səviyyəyə çatan Türkiyə-Azərbaycan münasibətlərinin əsas şüarı və ortaq məqsədi olaraq qalmaqdadır. Bu səbəbdən ulu öndərin anadan olmasının 103-cü ildönümündə də onun bu xalqa bəxş etdiyi bütün dəyərləri minnətdarlıq, hörmət və rəhmətlə yad edirik. Allah rəhmət eləsin!"
Mənbə oxu.az

Oxşar Xəbərlər