Siyasət

Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm" - VİDEO

10 May 2026, 11:20 1 baxış
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm" - VİDEO
Azərbaycan Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə əlaqədar özünün X səhifəsində paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşımda deyilir: "Əziz Robert, Azərbaycan haqqında söylədiyiniz həqiqi və dəyərli fikirlərə görə Sizə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirirəm və Sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm".
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm" - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər