Cəmiyyət
Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az