Cəmiyyət

Ağdamda ağır QƏZA: Dörd nəfər öldü

10 May 2026, 09:32 1 baxış
Ağdamda ağır QƏZA: Dörd nəfər öldü
Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, KIA və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər