İdman
Çexiya çempionatında qalmaqal: "Slaviya" azarkeşləri "Sparta"nın oyunçularına hücum etdilər - VİDEO
Futbol üzrə Çexiya çempionatında baş tutmuş Praqa derbisi zamanı "Slaviya" azarkeşləri pirotexniki vasitələrlə meydana daxil olaraq "Sparta"nın futbolçularına hücum çəkiblər. Oxu.Az-ın "Idnes" nəşrinə istinadən verdiyi məlumata görə, qalmaqallı hadisə matçın sonlarında, hesab 3:2 "Slaviya"nın xeyrinə olarkən qeydə alınıb. Bu qələbə sayəsində komanda ölkə çempionu adını qazana bilərdi. Baş vermiş insidentlə əlaqədar olaraq baş hakim qarşılaşmanı dayandırmaq məcburiyyətində qalıb. Sonradan "Sparta"nın oyunçuları meydana qayıtmaqdan imtina etdikləri üçün görüş yarımçıq yekunlaşıb. Məlumata görə, hazırda "Slaviya"nı 0:3 hesablı texniki məğlubiyyət təhlükəsi gözləyir. Belə olan halda, çempionatda intriqa davam edəcək. Çünki matçın qalibi elan olunacaq "Sparta" turnirin bitməsinə üç tur qalmış liderlə xal fərqini beşə endirmiş olacaq.
Mənbə
oxu.az