İdman
Dünya çempionatına 32 gün qaldı: EKVADOR - "La Tri" - VİDEO
Ekvador millisi ("La Tri") Cənubi Amerika futbolunun son illərdəki ən böyük yüksəliş göstərən komandalarından biridir. Yüksək fiziki güc, sürətli hücumlar və gənc istedadları ilə tanınan ekvadorlular 2026-cı il dünya çempionatına çox iddialı bir heyətlə yollanırlar. "La Tri" (və ya La Tricolor) Ekvador bayrağının rənglərinə (sarı, göy, qırmızı) işarə edərək "üçrəngli" mənasını verir. Ekvador ardıcıl ikinci, ümumilikdə isə beşinci dəfə dünya çempionatında iştirak etməyə hazırlaşır. Gənc ulduzlardan ibarət heyəti ilə ekvadorlular Cənubi Amerika seçmə mərhələsini dünya çempionu və qrupun lideri Argentinanın dərhal ardında, ikinci yerdə başa vurublar. Onların bu mərhələdəki inamlı çıxışı Şimali Amerikada keçiriləcək qlobal turnirə birbaşa vəsiqə qazanmaq üçün tamamilə kifayət edib. Oxu.Az Ekvador futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Uğursuz CONMEBOL Amerika Kuboku və ardınca baş məşqçi postundakı dəyişiklikdən sonra argentinalı mütəxəssis Sebastyan Bekkaçese Ekvadorun seçmə mərhələdə yenidən toparlanmasına kömək edib. Moyzes Kaysedo və Vilyan Paço kimi artıq Avropanın ən böyük səhnələrində parlayan oyunçuların yer aldığı yeni istedadlar nəslinə güvənən "La Tri" son dünya çempionatında pley-off mərhələsinə adlaya bilməsə də, göstərdiyi təsirli oyundan sonra qarşıdan gələn turnirə böyük ümidlər bəsləyir. Argentinalı mütəxəssis bu vəzifəni Ekvadorun sükanı arxasında Qustavo Alfaronu əvəz edən və daha öncə Qətərin ev sahibi olduğu dünya çempionatında idarə edən Feliks Sançesdən təhvil alıb. Komanda Amerika Kubokundakı sönük çıxışdan sonra Sançeslə yollarını ayırmış və İspaniyanın ikinci divizion təmsilçisi "Elçe"dəki işindən yeni ayrılmış Bekkaçese baş məşqçi postuna gətirilmişdi. Bekkaçesenin rəhbərliyi altındakı ilk matçda komanda Kuritibada Braziliyaya 0:1 hesabı ilə məğlub olsa da, bu, onların qlobal turnir yolundakı yeganə büdrəməsi olmuşdu. Onun idarəçiliyi altında Ekvador seçmə mərhələni beş qələbə və altı heç-heçə ilə başa vurmuşdu. Barrankilyada Kolumbiyaya və evdə Argentinaya qarşı əldə edilən 1:0 hesablı diqqətçəkən qələbələr də daxil olmaqla, bu 11 matçda cəmi bir qol buraxan komanda turnirin bitməsinə iki tur qalmış dünya çempionatına vəsiqəni təmin etmişdi. Ekvadorun ilk dünya çempionatı Ekvadorun ilk dünya çempionatı həyəcanını yaşaması üçün birinci mundialdan etibarən düz 72 il gözləmək lazım gəlmişdi. Onlar Koreya və Yaponiyada keçirilən 2002-ci il dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsini Braziliya, Paraqvay və Uruqvayı qabaqlayaraq, yalnız Marselo Byelsanın rəhbərlik etdiyi Argentinadan geri qalmaqla ikinci yerdə tamamlamışdılar. Xorvatiya, İtaliya və Meksika ilə birlikdə G Qrupunda yer alan "La Tri" üçün turnir çox çətin alınmışdı. İlk oyunda onlar Kristian Vyerinin dublu ilə İtaliyaya 0:2 hesabı ilə məğlub olmuşdular. Ekvadorun ikinci matçında isə Delqadonun beşinci dəqiqədə başla vurduğu əla qol komandanı önə keçirmişdi. Lakin Meksika Xared Borgetti və Xerardo Torradonun qolları ilə hesabı öz xeyrinə çevirərək qələbəni qopara bilmişdi. Ekvadorun son matçında Edison Mendezin qolu Xorvatiya üzərində qələbəni təmin etmişdi, lakin yekunda Meksika və İtaliyanın mərhələ adladığı gərgin qrupdan çıxmaq üçün bu üç xal kifayət etməmişdi.
Ekvadorun son dünya çempionatı Alfaro komandanın Rusiyadakı DÇ-2018-i buraxmasından sonra yenidən dünya çempionatına dönüşünün əsas memarı olmuşdu. Hazırda Paraqvaya rəhbərlik edən argentinalı mütəxəssis qlobal səviyyəli oyunçularla dolu qızıl nəsildən maksimum nəticə çıxara bilmişdi. "La Tri" DÇ-2022-də Enner Valensiyanın dublu sayəsində "Al Bayt" stadionunda Qətər üzərində qələbə qazanaraq turnirin açılışını etmək şərəfinə nail olmuşdu. İkinci matçda Ekvador Niderlandla başabaş mübarizə aparmış və 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə güclü hücumçu yenidən adını tabloya yazdırmışdı. Cənubi amerikalılar böyük potensial nümayiş etdirib ümumi rəğbət qazansalar da, Seneqala qarşı son oyunda alınan 1:2 hesablı məğlubiyyət onların planlarını alt-üst etmiş və komanda turnirlə erkən vidalaşaraq kampaniyanı məyusluqla başa vurmuşdu.
Ekvadorun ən yaxşı dünya çempionatı Ekvador tarixində yalnız bir dəfə qrup mərhələsini adlaya bilib. Almaniyada (2006) onlar 1/8 finala yüksəlmişdilər və burada tam 90 dəqiqə ərzində İngiltərəni ciddi gərginlikdə saxlamışdılar. "La Tri" həmin turnirə Karlos Tenorio və Aqustin Delqadonun qolları sayəsində Polşa üzərində əldə etdikləri unudulmaz 2:0 hesablı qələbə ilə başlamışdı. Tenorio və Delqado ikinci matçda da ən yaxşı formalarını nümayiş etdirmişdilər və İvan Kavyedesin dəstəyi ilə komandalarını Kosta-Rika üzərində 3:0 hesablı darmadağına daşımışdılar. Qrup mərhələsinin son oyununda Miroslav Klozenin dublu və Lukas Podolskinin qolu ilə Almaniyaya məğlub olsalar da, yenə də A qrupunda ikinci yeri tutmuş və İngiltərəyə qarşı çətin bir sınaqla üz-üzə qalmışdılar. Gənc Antonio Valensiyanın da mühüm rol oynadığı Luis Fernando Suaresin yetirmələrinin ümidlərini isə oyunun tamamında Devid Bekhemin vurduğu qol puç etmişdi.
Ekvador 2026-cı il dünya çempionatına necə vəsiqə qazanıb? Ekvador Cənubi Amerika seçmə mərhələsini ikinci yerdə başa vuraraq FIFA-nın ən mötəbər turnirinə birbaşa vəsiqə qazanıb. "La Tri" seçmə mərhələdə 29 xal toplayaraq lider Argentinadan yalnız doqquz xal geri qalıb. Bekkaçese komandanın sükanı arxasına keçdikdən dərhal sonra öz damğasını vuraraq, millini idarə etdiyi 12 seçmə oyununda cəmi iki qol buraxan əsl müdafiə maşınına çevirib. Bununla belə, komandanın hücum xətti o qədər də kəsərli deyil və eyni dövr ərzində rəqib qapılarına yalnız doqquz dəfə yol tapa bilib. Enner Valensiya vurduğu altı qolla kampaniya ərzində ölkənin ən sərrast oyunçusu kimi yadda qalıb.
DÇ-2026-da Ekvadorun oyun cədvəli (Bakı vaxtı ilə) Ekvador yığması DÇ-2026-da E qrupunda Almaniya, Kot-d'İvuar və Kürasao millilərinə qarşı mübarizə aparacaq. E qrupu: 15 iyun, 03:00, Kot-d'İvuar - Ekvador (Filadelfiya stadionu); 21 iyun, 04:00, Ekvador - Kürasao (Kanzas-Siti stadionu); 26 iyun, 00:00, Ekvador - Almaniya (Nyu-Cersi stadionu).
Ekvadorun dünya çempionatlarındakı ən yaxşı bombardiri Enner Valensiya DÇ-2022-nin açılış matçında ev sahiblərinin qapısından keçirdiyi iki qolla ölkəsinin dünya çempionatları tarixində ən çox qol vuran oyunçusu olub. O vaxta qədər bu rekordu üç qolla Delqado əlində saxlayırdı. Valensiyanın Niderlanda vurduğu qol isə onun şəxsi hesabındakı qolların sayını altıya çatdırıb (bunlardan üçü DÇ-2014-də vurulmuşdu) və o, DÇ-2026-da bu göstəricini daha da inkişaf etdirməyə çalışacaq.
Ekvadorun Dünya Çempionatlarında ən çox oyun keçirən futbolçusu Mendez qlobal arenada Ekvadorun oyun sayına görə mütləq rekordçusudur. Karyerası ərzində PSV, "LDU Kito" və "Atletiko Mineyro" kimi klublarda çıxış edən yarımmüdafiəçi üç dünya çempionatında iştirak edib. O, DÇ-2002-də üç oyuna çıxıb, DÇ-2006-dakı tarixi turnirin mühüm bir parçası olub və bu seriyanı DÇ-2014-dəki son çıxışı ilə başa vurub. Dünya səhnəsində keçirdiyi səkkiz oyunda o, bir qol vurub və daha üç qolun məhsuldar ötürməsini edib. Hazırda hesabında altı oyun olan Enner Valensiyanın 2026-cı ildə bu rekordu yeniləmək şansı var.
Ekvadorun unudulmaz dünya çempionatı anları DÇ-2006-da Polşa ilə qarşılaşma mütləq qələbə tələb edən bir matç idi və hər iki komandanın taleyi bu oyunun nəticəsindən asılı idi. Ekvador bu sınaqdan alnıaçıq çıxmışdı. Tenorio və Delqadonun qolları onları tarixi qələbəyə daşımış və 1/8 finala vəsiqəni təmin etməyə ümidləndirmişdi.
Kosta-Rika üzərindəki inamlı qələbə pley-off mərhələsindəki yeri tam möhkəmləndirmişdi. Bu mərhələdə isə onlar İngiltərəyə qarşı sonadək mübarizə aparsalar da, yekunda Bekhemin dəqiqliklə yerinə yetirdiyi cərimə zərbəsinin həlledici olduğu minimalhesablı məğlubiyyətlə üzləşmişdilər. Ekvadorun ən böyük dünya çempionatı qələbəsi Almaniyada (2006) Kosta-Rika üzərində əldə etdiyi 3:0 hesablı inamlı qələbə ilə Ekvador uğurlu seriyasını davam etdirmişdi. Polşaya qarşı açılış matçındakı qələbədən təxminən altı gün sonra, Suaresin komandası vaxtından əvvəl mərhələ adlamaq üçün rəqibini məğlub edərək bu uğuru daha da möhkəmləndirmişdi. Bu, tam bir güc nümayişi idi və yenə də eyni qalibiyyət düsturuna əsaslanırdı: Tenorio və Delqado ilk iki qolu vurduqdan sonra Kavyedes matçda yekun nöqtəni qoymuşdu. Bu tarixi mərhələ Ekvadorun Dünya Çempionatının 1/8 finalına ilk və hələlik yeganə vəsiqə qazanması kimi yaddaşlara həkk olunmuşdu.
Ekvador millisi Şimali Amerikaya sadəcə iştirak üçün deyil, pley-offun daimi üzvü olduğunu sübut etmək üçün yollanır. Heyətindəki gənc istedadlar və Kaysedo kimi dünya ulduzu ilə "La Tri" qrupda Almaniyanın ən böyük rəqibi ola biləcəkmi?

Mənbə
oxu.az