Cəmiyyət
"WhatsApp" yazışmalarınız məhkəmədə sübut kimi istifadə oluna bilər - Qanun nə deyir? - VİDEO
Bəzi hallarda gizli şəkildə qeydə alınmış səs faylarının və ya "WhatsApp" yazışmalarının məhkəmədə sübut kimi istifadə olunma halları müəyyən müzakirələr yaradır. Oxu.Az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu gizli qeydə alınmış səs yazılarının məhkəmədə sübut kimi istifadə olunması məsələsidir. Gizli yazılmış səs yazıları və ya "WhatsApp" yazışmaları məhkəmədə sübut kimi istifadə edilə bilər?
Burada bir neçə məsələyə diqqət etmək lazımdır. Mülki Prosessual Məcəllənin 76-cı maddəsində qeyd olunur ki, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsində də bildirilir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Lakin bu anlaşılmazlıqlara Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ilə aydınlıq gətirilib. Həmin qərarda qeyd olunur ki, gizli səs yazıları və digər elektron məlumat daşıyıcıları avtomatik olaraq yolverilməz sübut hesab edilmir. Məhkəmə həmin sübutların əldə olunma qaydasını, həqiqiliyini, iş üzrə əhəmiyyətini və qanunvericiliyin tələblərinə uyğunluğunu ayrıca qiymətləndirməlidir. Əgər sübutun qanunsuz əldə edilməsi məhkəmə tərəfindən əsaslandırılmayıbsa, həmin sübut formal şəkildə rədd edilə bilməz. Yəni səs yazıları və yazışmaların sübut kimi istifadə olunması məqsədəuyğun hesab olunacaq.

Mənbə
oxu.az