İdman
Yuventus" "Leççe"ni məğlub edərək turnir cədvəlində "Milan"ı qabaqlayıb - VİDEO
İtaliya A Seriyasının 36-cı turunda Turin "Yuventus"u səfərdə "Leççe"yə 0:1 hesabı ilə qalib gəlib. Oxu.Az xəbər verir ki, qarşılaşma Leççedə yerləşən "Ettore Cyardinyero - Via Del Mare" stadionunda keçirilib. Oyunun baş hakimi Andrea Kolombo olub. Matçda yeganə qolu "Yuventus"un hücumçusu Duşan Vlaxoviç vurub. Serbiyalı futbolçu görüşün ilk dəqiqəsində fərqlənib.
"Leççe" 36 oyundan sonra 32 xalla İtaliya çempionatının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. "Yuventus" isə 68 xal toplayaraq üçüncü sıraya yüksəlib və 67 xalı olan "Milan"ı geridə qoyub. Bununla yanaşı, "rossonerilər"in ehtiyatda bir oyunu var.

Mənbə
oxu.az