İdman

Messi qol vurdu, komandası inamlı qələbə qazandı - VİDEO

10 May 2026, 01:48 1 baxış
Messi qol vurdu, komandası inamlı qələbə qazandı - VİDEO
MLS müntəzəm çempionatının növbəti oyununda "İnter Mayami" səfərdə Kanada təmsilçisi "Toronto"nu 2:4 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qarşılaşma Kanadanın Toronto şəhərində yerləşən "BMO Field" stadionunda keçirilib. Oyunun baş hakimi Viktor Rivas olub. Qonaq komandada hesabı 44-cü dəqiqədə Rodriqo De Paul açıb. 56-cı dəqiqədə Lionel Messinin ötürməsindən sonra Luis Suares fərqlənərək üstünlüyü artırıb. 73-cü dəqiqədə Serxio Reqilon "İnter Mayami"nin üçüncü qolunu vurub. Bu epizodda da məhsuldar ötürmənin müəllifi Messi olub. Argentinalı ulduz 75-ci dəqiqədə özü də qapıya yol taparaq hesabı 0:4 edib. "Toronto"nun heyətində Emilio Aristisabal 82-ci və 90-cı dəqiqələrdə fərqlənərək dubla imza atıb.
Bu nəticədən sonra "Toronto" 14 xalla Şərq konfransında səkkizinci pillədə qərarlaşıb. "İnter Mayami" isə 22 xalla ikinci sıradadır.
Messi qol vurdu, komandası inamlı qələbə qazandı - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər