İdman

Messi yeni rekorda imza atdı

10 May 2026, 00:57 1 baxış
Messi yeni rekorda imza atdı

ABŞ-ın “İnter Mayami” klubu “Major League Soccer” (MLS) müntəzəm çempionatında Kanadada “Toronto” klubunu 4:2 hesabı ilə məğlub edib.


Axar.az xəbər verir ki, bu barədə MLS X hesabında paylaşım edib.


Məlumata görə, qonaq komandanın heyətində dünya çempionu, Argentina millisinin hücumçusu Lionel Messi də fərqlənib.


O, MLS tarixində 100-cü qolunu vuraraq yeni rekorda imza atıb. Messi bu göstəriciyə ən sürətli çatan futbolçu olub, cəmi 64 oyunda 100 qol həddinə çatıb.


Həmçinin bu matçdakı qol Messinin karyerasındakı 907-ci qol olub.

Mənbə axar.az

Oxşar Xəbərlər