Digər

Rubio və Uitkoff Sani ilə görüşdü: İranla anlaşma...

10 May 2026, 01:40 1 baxış
Rubio və Uitkoff Sani ilə görüşdü: İranla anlaşma...

ABŞ Dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əs-Sani ilə İranla razılığa gəlmək imkanlarını müzakirə ediblər.


Axar.az xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən məlumat yayıb.


Bildirilib ki, görüş mayın 9-u Florida ştatının Mayami şəhərində baş tutub.


Nəşr qeyd edib ki, tərəflər müharibəyə son qoymaq üçün anlaşma memorandumunun bağlanması barədə fikir mübadiləsi aparıblar.


Məlumata görə, ABŞ hələlik İrana təklif etdiyi memorandumla bağlı cavab almayıb. Hazırda Qətər, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı razılaşmanı irəlilətmək üçün birgə çalışırlar.


Nəşr vurğulayıb ki, vasitəçilər hər iki tərəfi gərginliyi azaltmağa və razılaşmanın əldə olunmasına fokuslanmağa çağırırlar.

Mənbə axar.az

Oxşar Xəbərlər