İdman

"Mançester Siti" "Brentford"u darmadağın etdi - VİDEO

09 May 2026, 23:06 1 baxış
"Mançester Siti" "Brentford"u darmadağın etdi - VİDEO
İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Siti" doğma meydanda "Brentford"u 3:0 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, qarşılaşma Mançesterdəki "Etihad" stadionunda keçirilib. Oyunun baş hakimi Maykl Solsberi olub. Matçda hesab 60-cı dəqiqədə açılıb. Ceremi Doku fərqlənərək "şəhərlilər"i önə keçirib. 75-ci dəqiqədə Erlinq Holand ikinci qolu vurub. 90+2-ci dəqiqədə isə Omar Marmuş yekun hesabı müəyyənləşdirib - 3:0.
Bu qələbədən sonra "Mançester Siti" xallarının sayını 74-ə çatdıraraq Premyer Liqada ikinci pillədə qərarlaşıb. "Brentford" isə 51 xalla səkkizinci yerdədir. Turnir cədvəlinə 76 xalla "Arsenal" başçılıq edir. Növbəti turda "Mançester Siti" mayın 19-da səfərdə "Bornmut"la qarşılaşacaq. "Brentford" isə mayın 17-də "Kristal Pelas"ı qəbul edəcək.
"Mançester Siti" "Brentford"u darmadağın etdi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər