İdman
"Qalatasaray" 26-cı dəfə Türkiyə çempionu oldu
Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.
Axar.az xəbər verir ki, "Antalyaspor"u öz meydanında məğlub edən "Qalatasaray" klubu 26-cı dəfə Türkiyə çempionu olub.
Qarşılaşmada "sarı-qırmızılılar" 4:2 hesablı qələbə qazanıb. Bununla da klub mövsümün bitməsinə bir həftə qalmış çempionluğu təmin edib.
"Fənərbağça" isə "Konyaspor"dan üstün olub - 3:0. Nəticədə "sarı-lacivərdlilər" ikinci pillədə yer alıblar.
Mənbə
axar.az