İdman

İran futbol üzrə dünya çempionatı ilə bağlı şərtlərini açıqladı

09 May 2026, 21:36 1 baxış
İran futbol üzrə dünya çempionatı ilə bağlı şərtlərini açıqladı
İran Futbol Federasiyası milli komandanın ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirakını rəsmi şəkildə təsdiqləyib. Bununla yanaşı, Tehran turnir başlamazdan əvvəl yerinə yetirilməsini vacib saydığı bir sıra şərtləri də açıqlayıb. Oxu.Az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. Bildirilir ki, əsas tələblər sırasında İran nümayəndə heyətinin bütün üzvləri üçün zəmanətli viza təminatı, İran bayrağına və dövlət himninə hörmətlə yanaşılması, eləcə də hava limanlarında, otellərdə və komandanın stadionlara gedən marşrutları boyunca gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər