Digər
İsrail Livana hücum etdi: 9 ölü, 15 yaralı...
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda yerləşən Səidə şəhərinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, hücum nəticəsində 9 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Məlumata görə, dağıntılar altında qalan şəxslər olduğu üçün ölən və yaralananların sayı arta bilər. Hazırda xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, daha öncə İsrail hücum barədə xəbərdarlıq etmişdi.
Mənbə
axar.az