Cəmiyyət
Gəncədə zavod ərazisində YANĞIN
Gəncədə yanğın hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. FHN-dən bildirilib ki, ərazidə olan təkər tullantıları və yararsız avtomobillərin hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Mənbə
oxu.az