İdman

"Mançester Yunayted" "Sanderlend"lə heç-heçə etdi

09 May 2026, 20:36 1 baxış
"Mançester Yunayted" "Sanderlend"lə heç-heçə etdi
İngiltərə Premyer Liqasının 36-cı turunda "Sanderlend" və "Mançester Yunayted" komandaları arasında keçirilən oyun qolsuz heç-heçə ilə başa çatıb. Oxu.Az xəbər verir ki, qarşılaşma Sanderlenddə yerləşən "Stadium of Light" arenasında keçirilib. Oyunun baş hakimi Stüart Attvell olub. Matçın yekununda tərəflər hesabı aça bilməyiblər - 0:0. Bu nəticədən sonra "Sanderlend" 48 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə 65 xalla üçüncü sırada yer alır. Növbəti turda "qara pişiklər" mayın 17-də səfərdə "Everton"la qarşılaşacaq. "Qırmızı şeytanlar" isə həmin gün öz meydanında "Nottingem Forest"u qəbul edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər