İdman

İngiltərə Premyer Liqasının mərkəzi görüşündə qalib müəyyənləşmədi - VİDEO

09 May 2026, 17:51 1 baxış
İngiltərə Premyer Liqasının mərkəzi görüşündə qalib müəyyənləşmədi - VİDEO
İngiltərə Premyer Liqasında XXXVI turun mərkəzi görüşündə "Liverpul" öz meydanında "Çelsi" ilə üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda hesabı "Liverpul"un heyətində altıncı dəqiqədə Rayan Qravenberx açsa da, London təmsilçisindən Enzo Fernandez 35-ci dəqiqədə bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib. Bu nəticədən sonra sona iki tur qalmış "Liverpul" 59 xalla Premyer Liqada 4-cü, "Çelsi" isə 49 xalla 9-cu pillədə yer alıb.
İngiltərə Premyer Liqasının mərkəzi görüşündə qalib müəyyənləşmədi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər