Digər
Türkiyə YILDIRIMHAN-ı təqdim etdi - İsrail əndişələndi
Türkiyənin “SAHA 2026” sərgisində ilk qitələrarası ballistik raketini (“YILDIRIMHAN” – red) dünyaya təqdim etməsi İsraildə müzakirələrə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İsrail mediası sözügedən ballistik raketin dünya miqyasında təhlükəsizliyə təhdid törədəcəyini iddia edib:
“Ərdoğanın rəhbərliyi altında Türkiyə artıq yalnız PUA-lar istehsal etməklə kifayətlənmir, daha yüksək hədəflərə yönəlir. Ankaranın məqsədi beynəlxalq və regional səhnədə daha çox hərəkət azadlığı təmin edəcək və Qərb ölkələrinə qarşı gücünü nümayiş etdirəcək yeni bir “terror” balansı yaratmaqdır”.
Mənbə
axar.az