Digər

ABŞ Hörmüzdə İranla əlaqəli 57 ticarət gəmisini saxladı

09 May 2026, 15:26 1 baxış
ABŞ Hörmüzdə İranla əlaqəli 57 ticarət gəmisini saxladı

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında blokada başlayandan bəri İranla bağlantısı olan 57 kommersiya gəmisini saxlayıb.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ-ın Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.


"İndiyədək Mərkəzi Komandanlığın bölmələri 57 ticarət gəmisinin istiqamətini dəyişdirib və onların İran limanlarına giriş-çıxışına mane olmaq məqsədilə dördünü istifadəyə yararsız hala salıb", - məlumatda bildirilib.


ABŞ hərbçiləri diqqətə çatdırıblar ki, sözügedən ticarət gəmiləri ümumi məbləği 13 milyard dolları ötən 166 milyon barreldən çox İran neftini nəql etmək potensialına malikdir.


Bundan öncə də CENTCOM ABŞ donanmasının 70-dən artıq tankerin İran limanlarına daxil olmasına və ya oranı tərk etməsinə imkan vermədiyini bəyan etmişdi.


Komandanlığın məlumatında vurğulanır ki, ABŞ hərbi qüvvələri beynəlxalq sularda nəzarət-patrul xidmətini fasiləsiz həyata keçirir və İrana qarşı mövcud dəniz blokadasını təmin edir.

Mənbə axar.az

Oxşar Xəbərlər