İdman
PSJ yeni ev formasını təqdim etdi - FOTO
PSJ komandası 2026/2027-ci illər mövsümündə çıxış edəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib. Oxu.Az xəbər verir ki, yeni geyim dəsti "Nike" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib. "Mərkəzində geniş qırmızı-ağ zolaq olan kral mavisi rəngli bu köynək klubun həm keçmiş, həm də indiki azarkeşlərinə əsl ehtiramın rəmzidir. Növbəti mövsümdə PSJ-nin bütün komandaları bu formanı qürurla geyinəcəklər", - deyə klubun bəyanatında vurğulanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az