Digər

İsrail Hizbullahın 85-dən çox obyektini bombaladı

09 May 2026, 12:11 1 baxış
İsrail Hizbullahın 85-dən çox obyektini bombaladı

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) son sutka ərzində Livanın cənubunda Hizbullah qruplaşmasının 85-dən çox obyektinə, o cümlədən yeraltı silah anbarına zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" nəşri yazıb.


Bildirilib ki, Livanın cənubundakı hədəflər arasında silah anbarları, raket qurğuları və Hizbullahın hücumların hazırlanmasında istifadə etdiyi binalar olub.


Məlumata görə, Livanın cənubuna yerləşdirilmiş İsrail hərbçilərinə hücum planlaşdıran qruplaşma üzvlərinə də zərbələr endirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər