Digər

Ermənistan kiçikdir, heç bir hərbi alyansın üzvü olmamalıdır

09 May 2026, 12:20 1 baxış
Ermənistan kiçikdir, heç bir hərbi alyansın üzvü olmamalıdır

Ermənistan heç bir hərbi alyansın üzvü olmamalıdır.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Deutsche Welle”yə verdiyi müsahibədə ölkəsinin KTMT-yə üzvlüyü barədə danışarkən deyib.


“Ölkəmizin harada yerləşdiyini və imkanlarını nəzərə alsaq, Ermənistanın rolu neytral olmalıdır. Ermənistan kiçikdir. Ölkəmin Rusiya, Brüssel, ABŞ və ya hər hansı digər tərəf üçün sövdələşmə predmeti olmasını istəmirəm. Ermənistan İran, Azərbaycan, Türkiyə və Gürcüstanın yanında yerləşir. Dörd tərəfdən bağlıdır, dənizə çıxışımız yoxdur”, - Simonyan bildirib.


Spikerin sözlərinə görə, keçmişdə baş verənlər Ermənistana çox şey öyrədib:


“Keçmişin səhvlərini təkrarlamamalıyıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər