Digər

Dünya NATO-nun dağılmasını müşahidə edir - Rasmussen

09 May 2026, 08:30 1 baxış
Dünya NATO-nun dağılmasını müşahidə edir - Rasmussen

ABŞ Prezidenti Donald Trampın qoşunlarını Almaniyadan çıxarmaq qərarı və “Tomahavk” raketlərinin yerləşdirilməsinin yenidən nəzərdən keçirilməsi NATO-nun dağılmasından xəbər verir.


Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib.


Onun fikrincə, ABŞ lideri NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə və Avropanın müdafiəsinə sadiqliyi ilə bağlı şübhələr yaradıb:


“Avropalılar üçün nəticə aydındır: biz öz ayaqlarımız üzərində dayanmalı və qitəmizi müstəqil şəkildə müdafiə edə bilməliyik”.


Rasmussen əlavə edib ki, dünya hazırda NATO-nun dağılmasını müşahidə edir.

Mənbə axar.az

Oxşar Xəbərlər