İdman

Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

09 May 2026, 08:00 1 baxış
Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı
Misli Premyer Liqasında XXXI turun oyunları davam edir. Oxu.Az xəbər verir ki, bu gün iki oyun keçiriləcək. Günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səslənəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq. Hazırda "Qəbələ" 20 xalla turnir cədvəlinin 11-ci, "Qarabağ" isə 62 xalla ikinci pillədə qərarlaşıb. Günün ikinci matçında isə "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Mehdi Hüseynov adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq. Qeyd edək ki, "Sumqayıt" 38 xalla yeddinci, "Araz-Naxçıvan" isə 40 xalla altıncı pillədədir. 17:00. "Qəbələ" - "Qarabağ" Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov; VAR: Əli Əliyev; AVAR: Kamran Bayramov; Hakim-inspektor: Ceyhun Haşımov; AFFA nümayəndəsi: Elman Musayev; Qəbələ şəhər stadionu. 19:30. "Sumqayıt" - "Araz-Naxçıvan" Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov; VAR: Kamal Umudlu; AVAR: Vüsal Məmmədov; Hakim-inspektor: Anar Salmanov; AFFA nümayəndəsi: Namiq Əliyev; Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Mənbə oxu.az

Oxşar Xəbərlər